Almaniya səfiri Rusiya XİN-ə çağırılıb

2024/09/1725956839.jpg
Oxunub: 368     15:04     27 İyun 2025    
Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, diplomata "Almaniyada rusiyalı jurnalistlərin təqib edilməsi" ilə bağlı etiraz bildiriləcək.

Məlumata görə, Moskva səfirə cavab tədbirlərini açıqlamaq niyyətindədir.

Qeyd edək ki, daha əvvəl Almaniya polisinin rusiyalı jurnalist Sergey Feoktistov, onun həyat yoldaşı və qızının pasportlarını aldığı barədə məlumat verilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya  


Bizi "telegram"da izləyin