Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri rəsmiləri bu artıma Miçiqan Milli Qvardiyası üçün nəzərdə tutulan 21 təyyarə ilə yanaşı, digər birliklərin də gücləndirilməsinin daxil olduğunu bildiriblər.
Rəsmi açıqlamaya görə:
FY26 büdcə layihəsi 21 F-15EX təyyarəsi tələb edir.
Hazırda planlaşdırılan ümumi F-15EX sayı 129-dur.
Bu rəqəm əvvəlki 98 + 21 = 119 təyyarədən fərqlənir. Yeni plana əsasən, əslində 31 yeni təyyarəyə icazə verilib, bu da Miçiqan üçün ayrılan 21 təyyarəyə əlavə olaraq digər birliklər üçün də artım deməkdir.
Miçiqan Milli Qvardiyasının A-10 “Warthog” döyüş-bombardmançı təyyarələrinin əvəzinə xidmətə veriləcək F-15EX-lər hər biri 21 təyyarədən ibarət eskadrilya şəklində planlaşdırılıb. Əvvəlki planlama üzrə Portland (Oreqon), Fresno (Kaliforniya), Nyu Orleans və Yaponiyanın Okinava adasındakı Kadena bazasında iki eskadrilya F-15EX yerləşdirilməsi nəzərdə tutulurdu, bu isə ümumilikdə 90 təyyarə demək idi.
Bu bölmələrin hər biri 21 təyyarəyə yüksəldilsə, 105 təyyarəlik bir qüvvə formalaşacaq. Miçiqan da daxil edildikdə bu rəqəm 126-ya çatacaq, sınaq və təlim məqsədləri üçün ayrılmış 3 təyyarə ilə birlikdə ümumi say 129 olacaq.
“Boeing” tərəfindən istehsal edilən F-15EX gücləndirilmiş struktur, rəqəmsal “fly-by-wire” idarəetmə sistemi və F110-129 mühərrikləri sayəsində əvvəlki F-15 versiyalarına nisbətən ciddi performans üstünlüyünə malikdir.
Ayrıca AESA radar, inkişaf etmiş radioelektron mübarizə sistemləri (EPAWSS) və yüksək silah daşıma qabiliyyəti ilə həm hava üstünlüyü, həm də dəqiq zərbə tapşırıqları üçün çeviklik təmin edir.
“Boeing”in St. Louis istehsal xəttində F-15EX istehsalını sürətləndirməsi və yeni büdcə təklifi həm istehsalın davamlılığı, həm də iş qüvvəsinin qorunması baxımından önəmli hesab edilir. F-35 proqramında “Blok 4” yeniləmələri və beynəlxalq sifarişlərin davam etməsi fonunda F-15EX-ə edilən sərmayə diqqət çəkir.
Hazırkı 129 təyyarəlik plan hələ büdcə layihəsi mərhələsindədir. Yekun qərar Konqresin FY26 büdcəsini təsdiqləməsi ilə veriləcək. Lakin mövcud təklif və müdafiə sənayesindəki dinamika göstərir ki, F-15EX proqramı ABŞ-nin orta müddətli hava qüvvələri strategiyasının əsas hissəsini təşkil edəcək.
Sevinc Əliyeva
Ordu.az