2028-ci ilin dekabrına qədər KF-21-lər üçün 80 GE-F414 mühərrikinin təhvil verilməsinə razılıq verilib

2025/05/1746171399.jpg
Oxunub: 852     17:43     27 İyun 2025    
Cənubi Koreyanın Müdafiə Tədarükü Proqramı İdarəsi (DAPA) və “Hanwha Aerospace” arasında imzalanan yeni müqavilə ilə 2028-ci ilin dekabrına qədər KF-21 döyüş təyyarələri üçün 80 GE-F414 mühərrikinin təhvil verilməsinə razılıq verilib.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu müqavilə bir il əvvəl imzalanmış təqribən 429 milyon dollar dəyərindəki əvvəlki mühərrik tədarükü müqaviləsinə əlavə edir və ümumi məbləği təxminən 912 milyon dollara çatdırır.

Son müqaviləyə əsasən, “Hanwha Aerospace” ehtiyat hissələri, texniki sənədlər və yerində texniki dəstək kimi logistik xidmətlər göstərəcək, həmçinin KF-21 döyüş təyyarəsinin ilk kütləvi istehsal partiyası üçün mühərriklərin çatdırılması ilə məşğul olacaq.

Şirkət 1979-cu ildən etibarən KF-5, KF-16 və F-15K döyüş təyyarələri üçün 10.000-dən çox mühərrik istehsal edərək, Cənubi Koreyanın hərbi aviasiya layihələrində uzun müddət rol oynayıb.

“Hanwha Aerospace” yüksək texnologiyalı mühərrik istehsal gücünü artırmaq məqsədilə reaktiv mühərrik istehsalına həsr olunmuş ağıllı fabrik yaratmaq üçün təxminən 31 milyon dollar sərmayə qoyub.

“Mütərəqqi aviasiya mühərriki texnologiyamızla biz KF-21 mühərriklərinin vaxtında çatdırılmasını təmin edəcəyik və milli müdafiə üçün yeni nəsil hərəkət sistemlərin inkişafına töhfə verməyə davam edəcəyik”, - deyə şirkətin verdiyi açıqlamada bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KF-21   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin