Peskov: "Putin və Tramp arasında şəxsi görüşün təşkili hazırda müzakirə olunmur"

2025/04/1745917980.jpg
Oxunub: 323     07:52     19 İyun 2025    
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında şəxsi görüşün təşkili ilə bağlı heç bir müzakirə aparılmır.

Ordu.az xəbər verir ki, bu barədə o, "RİA Novosti" agentliyinə açıqlamasında deyib.

“Xeyr, hazırda belə bir şey yoxdur”, — deyə Peskov sualı cavablandırarkən qeyd edib.

Eyni zamanda Kreml rəsmisi əlavə edib ki, belə bir görüşün keçirilməsi müəyyən hazırlıq tələb edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Putin   Tramp  


Bizi "telegram"da izləyin