İsrail Ordusu Kermanşahda İranın daha üç hərbi helikopterinin məhv edildiyini bildirib

2025/06/1749874152.jpg
Oxunub: 452     19:45     18 İyun 2025    
İsrail Hərbi Hava Qüvvələri Kermanşahdakı bazada daha İranın üç “AH-1” hərbi helikopterini bombardman edib.

Ordu.az-ın İsrail Müdafiə Ordusunun bəyanatına istinadən xəbər verir ki, bu helikopterlər İranın hava məkanında fəaliyyət göstərən İsrail təyyarələrinə hücum üçün nəzərdə tutulub.

Daha əvvəl İsrail Müdafiə Ordusu eyni bazada İranın beş helikopterinin məhv edildiyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin