İraq ərəb ölkələrinin XİN başçılarının görüşünün keçirilməsini təklif edib

2025/06/1750259394.jpg
Oxunub: 365     18:52     18 İyun 2025    
İraq ərəb ölkələrinin xarici işlər nazirlərinin regiondakı vəziyyətlə bağlı görüşünün çağırılmasını istəyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri, baş nazirin müavini Fuad Hüseyn Misirin xarici işlər naziri Bədr Əbdül Ati ilə telefon danışığında bildirib.

Nazirlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İran-İsrail qarşıdurmasının eskalasiyasını müzakirə ediblər.

Onun sözlərinə görə, görüşün İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçirilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Ərəb-ölkələri  


Bizi "telegram"da izləyin