AEBA: Natanz və İsfahandakı nüvə obyektləri zərər görüb, Fordodakı nüvə obyektinə hələlik ziyan dəyməyib

2025/06/1749921542.jpg
Oxunub: 430     18:12     18 İyun 2025    
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsrailin hücumu nəticəsində İrandakı hansı nüvə obyektlərinin zərər gördüyünü açıqlayıb.

Ordu.az xəbər verir ki, Qrossi ABŞ televiziya kanallarından birinə verdiyi müsahibədə qeyd edib ki, İranın Natanz və İsfahandakı nüvə obyektlərinə İsrailin hava əməliyyatı nəticəsində ziyan dəyib.

Onun sözlərinə görə, Natanza ciddi ziyan dəyməsinə baxmayaraq, əhali üçün təhdid doğuracaq hər hansı bir hal yoxdur.

İsfahandakı nüvə obyektinə Natanz qədər ziyan dəyməsə də, zərbələr təsirsiz ötüşməyib.

“Fordodakı nüvə obyektinə isə hələlik ziyan dəyməyib”, - AEBA rəhbəri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   Natanz   İsfahan   Fordo  


Bizi "telegram"da izləyin