Ordu.az xəbər verir ki, bu barədə IDF mətbuat xidmətinin “X” səhifəsində məlumat paylaşılıb.
“Hörmətli şəhər sakinləri, təhlükəsizliyiniz və rifahınız məqsədilə sizi Tehranın 18-ci dairəsində qeyd olunan zonanı dərhal tərk etməyə çağırırıq. Həmin rayonda qalmaqla öz həyatınızı təhlükəyə atmış olursuz”, - paylaşımda bildirilir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Ordu.az