İsrail aviaşirkətləri iyunun 18-dən Avropadakı israillilərin ölkəyə qaytarılmasına başlayacaq

2025/02/1739719415.jpg
Oxunub: 305     00:16     18 İyun 2025    
İsrailin "El Al", "Arkia" və "Israir" aviaşirkətləri ölkə hökumətindən xüsusi reyslərin həyata keçirilməsi üçün icazə aldıqlarını açıqlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə El Al şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu reyslər Avropada olan israillilərin vətənə qaytarılması məqsədi daşıyır.

Qeyd olunur ki, ilk təyyarələr iyunun 18-də havaya qalxacaq.

İlkin mərhələdə söhbət Avropanın müxtəlif şəhərlərindən həyata keçiriləcək təxliyə reyslərindən gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Avropa  


Bizi "telegram"da izləyin