SEPAH: İsrailin səmasına tam nəzarəti ələ keçirmişik

2025/06/1750214695.jpg
Oxunub: 529     04:29     18 İyun 2025    
İran gecə hücumu zamanı İsrailin hava məkanına nəzarəti təmin edib.

Ordu.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən məlumat yayıb.

“Bugünkü raket hücumu göstərdi ki, biz İsrailin səmasına tam nəzarəti ələ keçirmişik və onların sakinləri İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər”, - İİKK-nın bəyanatında deyilib.

İsrailin "Yedioth Ahronoth" nəşri Qüds ərazisində güclü partlayış səslərinin eşidildiyini yazıb. Nəşrin məlumatına görə, İran İsrailə 20-yə yaxın raket atıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İsrail  


Bizi "telegram"da izləyin