Zelenski Qərbdən illik 40 milyard dollar maliyyə istəyib

2025/05/1746161900.jpg
Oxunub: 369     01:08     18 İyun 2025    
“Sabitliyimiz üçün Ukraynaya illik 40 milyard dollar büdcə dəstəyinin verilməsi vacibdir”.

Ordu.az-ın məlumatına görə, bunu Ukryana prezidenti Volodimir Zelenski “G7” liderlərinin xüsusi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vəsaitin ayrılması üçün “G7” liderlərinin, o cümlədən ABŞ-nin ümumi qərarı olmalıdır. Bundan əlavə, Zelenski hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün də maliyyə ayrılmasını istəyib.

Ukrayna lideri əlavə edib ki, ABŞ Rusiyaya kifayət qədər təzyiq göstərməməsinə baxmayaraq, hələ də geniş qlobal maraqlara və ən çox müttəfiqə malikdir:

“Biz hamımız birlikdə ən yüksək səviyyədə koordinasiya ilə işləməyə davam etməliyik. Təkcə siyasi və diplomatik deyil, həm də texnoloji və investisiyalar vasitəsilə. Ukraynada silah istehsalının artırılması nəticə əldə etməyin ən sürətli yoludur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Qərb  


Bizi "telegram"da izləyin