Al Jazeera: ABŞ İranla eskalasiyada B-52 bombardmançılarından istifadə edə bilər

2024/08/1722930361.jpg
Oxunub: 396     00:01     18 İyun 2025    
Pentaqon İsrail və İran arasında münaqişənin gərginləşəcəyi təqdirdə bir neçə variantı, o cümlədən B-52 Stratofortress strateji bombardmançılarından istifadəni nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalına adı açıqlanmayan amerikalı məmur bildirib.

“Pentaqon İranla diplomatik səylər uğursuz olarsa, seçimlər təqdim etməklə öz işini görür. B-52 bombardmançı təyyarələri belə variantlardan biri hesab olunuri”, -deyə mənbə vurğulayıb.

Qeyd olunub ki, təyyarələr Hind okeanındakı Dieqo Qarsiya adasındakı Amerika aviabazasında yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin