İranın BMT-dəki daimi nümayəndəsi: "İsrailin hücumları birbaşa müharibə elanıdır"

2025/06/Ekran-1750214039.jpg
Oxunub: 318     23:31     17 İyun 2025    
İsrailin hücumları birbaşa müharibə elanıdır.

Ordu.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Səfir BMT üzv dövlətlərini susmamağa çağırıb.

Diplomat əlavə edib ki, hücumlarda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarətində olan nüvə obyektləri, hərbi və mülki infrastrukturu hədəfə alınıb.

İrəvani bildirib ki, bu hücumlar ABŞ-nin tam dəstəyi ilə həyata keçirilib.

İran nümayəndəsi Təhlükəsizlik Şurasını dərhal hərəkətə keçməyə, İsrailin hücumlarını dayandırmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BMT   İsrail  


Bizi "telegram"da izləyin