Kallas: "Avropa artıq Rusiya qazından asılılığını ciddi şəkildə azaldıb"

2025/04/1745916768.jpg
Oxunub: 474     22:26     17 İyun 2025    
Avropa artıq Rusiya qazından asılılığını ciddi şəkildə azaldıb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında yazıb.

Onun sözlərinə görə, iyunun 17-də Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiya qazının idxalının qadağan olunması təşəbbüsü ilə çıxış edib.

“İndi isə biz kranı birdəfəlik bağlayırıq”, – deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Avropa   Rusiya  


Bizi "telegram"da izləyin