Ordu.az xəbər verir ki, bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Əhmədinejadın ofisi bu məlumatı yalan adlandırıb.
Bundan əvvəl bir sıra KİV-lər İslam Respublikasının keçmiş prezidentinin Tehranda öldürüldüyü barədə məlumat yayıb.
***
İranın sabiq Prezidenti Mahmud Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.
Ordu.az xəbər verir ki, rəsmi mənbələr yayılan məlumatı təkzib ediblər.
Bildirilib ki, sabiq İran prezidentinə qarşı sui-qəsd cəhdi mümkün olsa da, hazırda o sağdır.
***
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda sui-qəsd nəticəsində öldürülüb.
Ordu.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Məlumata görə, o, küçədə açılan atəşlə qətlə yetirilib.
***
İranın sabiq prezidenti Mahmud Əhmədi Necat öldürülüb.
Ordu.az xəbər verir ki, bu barədə AzTV efirdə məlumat yayımlayıb.
Ordu.az