Aİ bu il Əfqanıstana humanitar yardım üçün 161 milyon avro ayıracaq

2025/02/1738821180.jpg
Oxunub: 400     19:27     17 İyun 2025    
Brüsseldə Avropa İttifaqı rəsmilərinin Əfqanıstandakı vəziyyətlə bağlı görüşündə ölkənin və qonşu regionların ən həssas təbəqələrinə humanitar yardım göstərmək üçün vəsait elan edilib.

Ordu.az-ın Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, ümumi məbləği 161 milyon avro olan vəsaitin böyük hissəsi - 141 milyon avrodan çoxu ölkədə fəaliyyət göstərən humanitar təşkilatlara yönəldiləcək.

Qalan vəsait isə Əfqanıstan vətəndaşlarına, həmçinin Pakistan və İrandakı qaçqınlara yardıma yönəldiləcək.

Yardım proqramının bir hissəsi olaraq, Aİ-dən Əfqanıstana 100 tona yaxın zəruri humanitar ləvazimatları çatdıracaq yeni bir uçuş planlaşdırılır.

Aİ-nin yeni maliyyələşdirməsinə ərzaq yardımı, səhiyyə xidmətləri və qida çatışmazlığının müalicəsi, eləcə də ucqar ərazilərdə təmiz su və kanalizasiyaya çıxışın yaxşılaşdırılması daxildir. Proqram, həmçinin həssas qrupların, o cümlədən risk altında olan insanların hüquqlarının müdafiəsini nəzərdə tutur.

Aİ humanitar yardımı yalnız yerdə çalışan humanitar tərəfdaşlar vasitəsilə həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Əfqanıstan  


Bizi "telegram"da izləyin