İrandan İsrailə 8 raket atılıb

2024/08/1722834650.jpg
Oxunub: 486     19:13     17 İyun 2025    
İran İsrailə doğru daha bir neçə raket atıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu raletlərin əksəriyyəti zərərsizləşdirilib.

İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, bu dəfə İran tərəfdən ümumilikdə 8 raket atılıb.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl ordu İrandan yeni raket hücumu aşkar etdiyi barədə əhaliyə xəbərdarlıq edib və sakinlərə təhlükəsiz binalara sığınmağı tapşırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin