İsrail İranın raket buraxılışı qurğularını vurub

2025/06/1750161424.jpg
Oxunub: 449     18:35     17 İyun 2025    
İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın qərbində raket buraxılış sistemlərinə zərbələr seriyasını tamamlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri İranın qərbinə silsilə zərbələr endirib. Zərbələr zamanı bir neçə obyekt və onlarla "yer-yer" tipli raket buraxılış qurğuları vurulub", - dərc olunan bəyanatda deyilir.

Bundan başqa, İran mçediası yazır ki, İsrail İsfahandakı neft emalı zavodunu vurur.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin