Kreml: ABŞ Rusiyaya ikitərəfli dialoqda fasilə təklif edib

2025/05/1747681204.jpg
Oxunub: 394     18:53     17 İyun 2025    
ABŞ Rusiyanı dialoqun normallaşdırılması ilə bağlı ikitərəfli təmaslara fasilə verməyi təklif edib.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Amerika tərəfi ilə növbəti görüşlə bağlı razılaşma əldə ediləcək.

Kreml rəsmisi Amerikanın biznes nümayəndələrinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcəklərini də söyləyib.

Rusiya prezidentinin beynəlxalq təmasları ilə bağlı danışan Uşakov Putinin yaxın günlərdə Çin lideri Si Cinpinlə telefon danışığı aparacağını və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyini qeyd edib.

Putinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla son telefon danışığına toxunan Kreml rəsmisi Rusiya və Türkiyənin İran-İsrail münaqişəsi ilə əlaqədar Müdafiə və Xarici İşlər nazirlikləri vasitəsilə təmasları aktivləşdirdiklərini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin