İsrail Baş nazirinin ofisi: İranın raket zərbələri nəticəsində 640-dan çox yaralı var

2025/06/1750161424.jpg
Oxunub: 436     15:51     17 İyun 2025    
İranın İsrailə iyunun 13-də başlayan raket hücumları nəticəsində 640-dan çox insan xəsarət alıb.

Ordu.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman tərəfindən dərc edilən hesabatda qeyd olunub.

"Mülki itkilər: 24 nəfər həlak olub, 647 nəfərdən çox yaralı var", - sənəddə bildirilib.

Qeyd edək ki, daha əvvəl o, 24 ölü, 592 yaralı olduğunu bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin