Ərdoğan: "İsrailin İrana hücumları ilə başlayan gərginlik regionun təhlükəsizliyini risk altına qoyub"

2025/05/1748439584.jpg
Oxunub: 400     15:10     17 İyun 2025    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığı zamanı İsrail-İran müharibəsini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti İsrailin İrana hücumları ilə başlayan gərginliyin bütün regionun təhlükəsizliyini risk altına qoyduğunu və bölgənin başqa bir müharibəyə dözə bilməyəcəyini qeyd edib.

R.T.Ərdoğan, həmçinin diplomatik əlaqələr vasitəsilə münaqişələri sonlandırmaq üçün çalışdıqlarını vurğulayıb: "İranla nüvə mübahisəsinin həlli danışıqlar masasına qayıtmağı tələb edir".



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   İsrail   İran  


Bizi "telegram"da izləyin