MBDA Parisdə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş "One-Way Effector" PUA-sını təqdim edib

2025/06/1750153912.jpg
Oxunub: 426     18:31     17 İyun 2025    
Avropa İttifaqının raket istehsalçısı MBDA 2025-ci ilin iyunun 16-da Paris Aviasiya Sərgisində aşağı qiymətli, uzun mənzilli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş "One-Way Effector" pilotsuz uçuş aparatını təqdim edib.

Ordu.az xəbər verir ki, şirkət bu sistemdən ayda 1000 ədəd istehsal etməyi planlaşdırdığını açıqlayıb.

MBDA-nın öz "Ar-Ge" büdcəsi ilə 2024-cü ilin dekabr ayından etibarən inkişaf etdirilən sistem 40 kq döyüş başlığı, turboreaktiv mühərriki və 500 km daşıma qabiliyyəti ilə diqqət çəkir.

Şirkət rəsmiləri vurğulayırlar ki, bu tip cihazlar xüsusi olaraq sıx hava hücumundan müdafiə sistemlərini "doydurmaq" üçün hazırlanıb və ciddi əməliyyat xərcləri tələb etməyən yanaşma təklif edir.

Məlumata görə, MBDA, həmçinin avtomobil sənayesinin imkanlarından kütləvi istehsal üçün istifadə etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MBDA   Paris  


Bizi "telegram"da izləyin