"Saab" və "General Atomics" PUA-lar üçün havadan erkən xəbərdarlıq sistemləri hazırlayır

2025/06/2025--1750153369.jpg
Oxunub: 423     15:20     17 İyun 2025    
"Saab" və "General Atomics" Pilotsuz Uçuş Aparatları (PUA) üçün havadan erkən xəbərdarlıq sistemləri hazırlayır.

Ordu.az xəbər verir ki, İsveçdə yerləşən "Saab" və "General Atomics Aeronautical Systems" Pilotsuz Havadan Erkən Xəbərdarlıq (UAEW) həlli üçün əməkdaşlığa gediblər.

Hazırlanmış sistem "General Atomics Aeronautical Systems"in MQ-9B PUA ailəsi çərçivəsində "SkyGuardian", "SeaGuardian" PUA-larına, Böyük Britaniyanın "Protector" modelinə və hazırda işlənmə mərhələsində olan qısa qalxma/enmə (STOL) versiyasına inteqrasiya oluna biləcək.

Sözügedən sistemlə PUA ilk uçuşunu 2026-cı ildə edəcək.

Havadan erkən xəbərdarlıq missiyası paketi ilə təchiz ediləcək MQ-9B ənənəvi pilotlu platformalarla müqayisədə daha aşağı qiymətə hava üstünlüyü təmin edəcək.

Bu həll taktiki hava təhdidlərinə, idarə olunan raketlərə, PUA-lara və digər təhlükələrə qarşı kritik hava aşkarlanmasını təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saab   General-Atomics   PUA  


Bizi "telegram"da izləyin