Çinin yeni hava platforması görüntülənib

2025/06/2025--1750153280.jpg
Oxunub: 491     15:11     17 İyun 2025    
Çinin uçan qanad formasına malik yeni hava platforması görüntülənib.

Ordu.az xəbər verir ki, Çinin yeni hava platforması “Planet Labs” tərəfindən paylaşılan peyk görüntülərində görüntülənib.

“The War Zone”un məlumatına görə, sözügedən hava platforması 2025-ci il mayın 14-də görüntülənib.

Peyk görüntülərinin Çinin pilotsuz uçuş aparatı inkişaf etdirmə səylərinin öncüsü olduğu bilinən Sincan əyalətindəki sınaq bazasından çəkildiyi bildirilir. Sözügedən obyektin tikintisinə 2 il əvvəl başlanılıb.

Yüksək mühafizə olunan ərazidə müxtəlif ölçülü anqarların olduğunu da görmək olar. Görüntülənən hava platforması isə ən böyük anqarlardan birinin kənarında görünür.

Bu obyektin hansı məqsədlə yaradıldığı əvvəllər bəlli deyildi. Ancaq indi daha aydın olur ki, bu, Çinin yeni nəsil hava döyüş ekosistemi üçün sınaq bazası ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hava-platforması  


Bizi "telegram"da izləyin