ABŞ Prezidenti: "Hər kəs dərhal Tehranı tərk etməlidir"

2025/06/1749273411.jpg
Oxunub: 349     02:59     17 İyun 2025    
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, hamı İranın paytaxtını dərhal tərk etməlidir.

Ordu.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

"İran (nüvə proqramı ilə bağlı) onlara imzalamalarını söylədiyim "sazış"ə qol çəkməli idi. Nə böyük biabırçılıq və insan həyatı itkisi. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm. Hamı Tehranı dərhal boşaltmalıdır", - o yazıb.

Amerika lideri sözlərinin mənasını açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp   Tehran  


Bizi "telegram"da izləyin