Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.
“Ukroboronservice” rəsmisi Ruslan Matiyişen açıqlamasında bildirib: “Gələn il tamamilə Ukraynada istehsal olunan iki yeni yüksək tezlikli cihazı istifadəyə verəcəyik”.
Sabiq müdafiə naziri Aleksey Reznikov 5V55 raketlərinin hazırkı ehtiyatının tükəndiyini, xaricdən tədarük və yerli istehsal variantlarını dəyərləndirdiklərini bildirib.
ABŞ ilə davam edən əməkdaşlıq çərçivəsində Avropa şirkətlərinin dəstəyi ilə S-300 sistemləri üçün alternativ platformalar hazırlanır. ABŞ-nin sabiq müdafiə naziri Lloyd Ostin qeyd edib: “Ukrayna üçün S-300-ləri əvəz edəcək sistemlər inşa edirik”.
Müharibə başlayanda Ukraynanın 100-ə yaxın S-300 batareyası var idi, lakin münaqişədə ciddi itkilər verilib. Modernləşdirmə prosesi bu sistemlərin ömrünü uzatmaq və onların müdafiə qabiliyyətini saxlamaq məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az