Çin İndoneziyaya “Yuan” sinfinə məxsus sualtı qayıq transferi təklif edib

2025/06/1750019215.jpg
Oxunub: 391     17:53     18 İyun 2025    
Çinin donanmasında istismardan çıxardığı 3 ədəd “Type 039A Yuan” sinfinə məxsus sualtı qayığı İndoneziya Hərbi Dəniz Qüvvələrinə təhvil verməyi təklif etdiyi bildirilir.

Ordu.az xəbər verir ki, sözügedən təklifin Cakartada keçirilən “Indo Defence 2025” müdafiə sərgisində gündəmə gətirildiyi iddia edilir.

“Army Recognition” nəşrinin məlumatına görə, İndoneziyanın köhnəlmiş “Type 209” sualtı qayıq parkı getdikcə daha çox texniki problemlərlə üzləşir, Fransadan sifariş edilən yeni nəsil “Scorpène Evolved” sinfinə məxsus sualtı qayıqlarının çatdırılması 2030-cu ildən əvvəl baş tutmayacaq və bu da Çinin təklifini cəlbedici edir.

“Yuan” sinfinə məxsus sualtı qayıqlar 1850 ton səthdə, 2300 don dalmış vəziyyətdə subasımı qabiliyyətinə sahibdir.

Çinin 711 İnstitutu tərəfindən hazırlanmış havadan müstəqil hərəkət (AIP) sisteminə malik olan sualtı qayıqlar 6 ədəd 533 mm-lik torpedo borusu ilə təchiz edilib. Bu borulardan həm ağır torpedolar, həm də YJ seriyalı gəmi əleyhinə raketlər buraxıla bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İndoneziya  


Bizi "telegram"da izləyin