ABŞ HHQ YFQ-42A döyüş təyyarəsini təqdim edib

2025/06/1749881662.jpg
Oxunub: 413     09:31     18 İyun 2025    
“General Atomics” və ABŞ Hərbi Hava Qüvvələri (HHQ) “Beale” aviabazasında keçirilən mərasimdə ilk dəfə YFQ-42A kooperativ döyüş təyyarəsinin tam miqyaslı maketini nümayiş etdiriblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

YFQ-42A ABŞ HHQ-nin kooperativ Pilotsuz Uçuş Aparatlarını (PUA) əməliyyat strukturuna inteqrasiya etmək planının bir hissəsi kimi “F-35 Lightning II” də daxil olmaqla, beşinci nəsil döyüş təyyarələri ilə birlikdə işləmək üçün nəzərdə tutulub.

Mövcud xidmət konsepsiyasına əsasən, gələcək hava əməliyyatlarında tək ekipajlı döyüş təyyarəsi əvvəllər nəzərdə tutulduğundan daha aşağı avtonomluq tələbləri olan çoxsaylı PUA-ları idarə edə biləcək.

Təyyarə “General Atomics”in “Gambit” PUA ailəsinin bir hissəsidir və ABŞ HHQ-nin Tədqiqat Laboratoriyası ilə əməkdaşlıqda hazırlanmış əvvəlki “XQ-67A Off-Board Sensing Station”un nümayiş etdiricisinə əsaslanır.

YFQ-42A-nın bu ilin sonunda uçuş sınaqlarına başlaması planlaşdırılır, lakin əlavə spesifikasiyalar açıqlanmayıb.

Təyyarənin 2 ədəd AIM-120 Qabaqcıl Orta Mənzilli “Hava-Hava” Raketi (AMRAAM) daşıyacağı və pilotlu platformalara dəstək olaraq “hava-hava” missiyaları həyata keçirəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   YFQ-42A  


Bizi "telegram"da izləyin