Şimali Koreya ikinci cəhddə döyüş gəmisini uğurla suya buraxıb

2025/06/1749880532.jpg
Oxunub: 441     18:54     18 İyun 2025    
Şimali Koreya ötən ay ilk cəhdində batdıqdan sonra yeni 5000 tonluq döyüş gəmisini təmir edərək, ikinci dəfə uğurla suya buraxdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Lider Kim Çen In may ayında baş tutmayan buraxılışdan o qədər qəzəblənib ki, o, təcili təmirə göstəriş verib. Hadisə ilə bağlı ən azı 4 məmur həbs edilib.

Rəsmi dövlət mediası gəminin tam təmir olunduğunu bildirsə də, ekspertlər təmirin həqiqətən başa çatıb-çatmamasına şübhə ilə yanaşırlar. Kim Çen In və qızı Kim Cu Ae şimaldakı Racin limanında keçirilən mərasimə qatılıblar.

Gəmi Şimali Koreya donanmasının ən böyük döyüş gəmisidir və nəzəri cəhətdən nüvə silahı daşımağa qadirdir. Kim gələn il daha iki oxşar gəmi inşa etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Gəmi  


Bizi "telegram"da izləyin