İran Natanz nüvə kompleksində radiasiya sızıntısı barədə məlumat yayıb

2025/06/1749827364.jpg
Oxunub: 575     18:30     13 İyun 2025    
İran Atom Enerjisi Təşkilatı Natanz nüvə kompleksində radiasiya sızıntısı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı agentliyin bəyanatına istinadən bildirib.

"Nüvə obyektinin daxilində radiasiya sızıntısı aşkar edilib, lakin obyektin xaricində sızıntı qeydə alınmayıb", - agentlik bildirib.

Qurum həmçinin narahatlıq üçün səbəb olmadığını deyib. Təşkilatın məlumatına görə, obyektin daxilində radiasiyadan təmizlənmə prosesi həyata keçirilməlidir və daha sonra dəymiş ziyan qiymətləndiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Natanz  


Bizi "telegram"da izləyin