AEBA: İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib

2024/11/1731397904.jpg
Oxunub: 394     16:07     13 İyun 2025    
İranın Natanz şəhərindəki uran zənginləşdirmə kompleksi İsrailin İrana endirdiyi zərbələr nəticəsində ciddi zədələnib.

Ordu.az “İnterfaksa” istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi İsrail Prezidenti İshak Hersoqla söhbəti zamanı bildirib.

"Natanzdakı obyektə ciddi ziyan dəyib", - R.Qrossi vurğulayıb.

Qeyd edək ki, Qrossi vəziyyəti yerində öyrənmək üçün İrana səfər etməyi planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İran   Natanz  


Bizi "telegram"da izləyin