Kallas və Saar İsrailin İrana hücumlarını müzakirə ediblər

2025/06/1749814563.jpg
Oxunub: 327     15:13     13 İyun 2025    
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İsrailin İrana endirdiyi zərbələr fonunda İsrailin xarici işlər naziri Gideon Saarla telefon danışığı aparıb.

Bu barədə Ordu.az “The Times of Israel”ə istinadən xəbər verir.

Söhbət zamanı Saar Avropa tərəfini zərbələrin həm İranın nüvə proqramına, həm də uzaqmənzilli raketlərin yaradılması layihəsinə yönəldilməsi barədə məlumatlandırıb.

O qeyd edib ki, Tehran "dünyada bir nömrəli raket istehsalçısı olmağa" yaxındır və bu, İsraili məhv etmək planının həyata keçirilməsi təhlükəsini artırır. K.Saar həmçinin vurğulayıb ki, İranın raket potensialı təkcə İsrail üçün deyil, həm də Avropa üçün təhlükə yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Saar  


Bizi "telegram"da izləyin