Ordu.az IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Agentliyinin rəhbəri Behruz Kamalvəndi deyib.
O bildirib ki, ölkəsi son hücumlara qarşı qabaqlayıcı tədbirlər görsə də baş verənlər günahsız əhaliyə, hərbi rəhbərliyə və nüvə sahəsində fəaliyyət göstərən alimlərə ciddi zərər vurub.
B. Kamalvəndi səhər saatlarında Fordo nüvə obyektinə baş çəkdiyini və burada hər hansı insidentin qeydə alınmadığını söyləyib.
“Sadəcə Natanzdakı bəzi yerüstü obyektlər zədələnib və bu, yanğınla müşahidə olunub. Mənə verilən məlumata görə, yanğınları söndürmək mümkün olub və hər hansı itki qeydə alınmayıb. Obyektə bir o qədər də əhəmiyyətli ziyan dəyməsə də, onun miqyası hələ tam olaraq məlum deyil. Sadəcə onun səthində bir sıra zədələnmələr müşahidə olunur. Bilirsiniz ki, Natanz və Fordo yerin altına yerləşir. Onu da deyim ki, Natanzdakı “Şəhid Əhmədi Roşan” obyektinə dəfələrlə zərbələr endirilib”.
Ordu.az