Həmədan və Təbrizə yeni zərbələr barədə məlumatlar yayılıb - YENİLƏNİB

2025/06/1749811152.jpg
Oxunub: 692     16:36     13 İyun 2025    
İranın şimal-qərbindəki Həmədanda bombardmanlar edilir.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Nəticədə azı bir böyük partlayış baş verib.

Şəhərdə İran aviabazası yerləşir, lakin hədəfin hara olduğu məlum deyil.

Təbriz şəhərinin 24 saat ərzində üçüncü dəfə hücuma məruz qaldığı da bildirilib.

***

İsrail İrana qarşı növbəti hücum dalğası çərçivəsində Natanzdakı nüvə obyektinə yenidən zərbə endirib.

Bu barədə Ordu.az İsrailin 12-ci kanalına istinadən xəbər verir.

***

İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.

Bu barədə Ordu.az İsrailin 12-ci kanalına istinadən xəbər verir.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin