İsrail İranla ekzistensial mücadiləyə qədəm qoyub - Kəşfiyyat komandiri

2024/10/1729746099.jpg
Oxunub: 406     11:40     13 İyun 2025    
İsrailin İrana qarşı “ekzistensial” mücadiləyə qədəm qoyub.

Ordu.az İsrail KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Hərbi Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Şlomi Binder bildirib.

“Siz də bilirsiniz ki, biz düşmənin bizi məhv etmək istədiyi bir kampaniyaya qədəm qoyuruq. Bu kampaniya ekzistensial xarakter daşıyır”, -deyə Binder bu səhər komanda mərkəzində əsgərlərə müraciətində deyib.

“Siz bunu dəfələrlə eşitmisiniz: onlar nüvə potensialını inkişaf etdirmək üçün çalışır, bu inkişaf sürətlə irəliləyir və çox böyük miqdarda adi silahlar toplayırlar.

Bizim məqsədimiz bu təhdidi zəiflətmək, pozmaq və aradan qaldırmaqdır", - deyə Binder əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin