İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib

2025/06/1749797812.jpg
Oxunub: 334     10:39     13 İyun 2025    
İranın BMT yanındakı Daimi Nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, məktubda İsrailin İrana hücumuna cavab vermək üçün fövqəladə iclas tələb edilib.

Məktubda ABŞ-nin dəstəyi ilə İsrailin İranın nüvə obyektlərinə və yüksək rütbəli rəsmilərinə qarşı hücumunu kəskin şəkildə qınayaraq Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsi və beynəlxalq təşkilatın sözügedən hərəkətlərə qarşı qəti tədbirlər görməsi istənilib.

Sənəddə həmçinin vurğulanıb ki, İsrail qanunsuz və əvvəlcədən planlaşdırılmış hərəkətlə İranın nüvə mərkəzlərinə və mülki infrastrukturuna qarşı koordinasiyalı hərbi hücumlar seriyasını həyata keçirib:

"Bu hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin açıq pozuntusu hesab edilir və onun təhlükəli nəticələri regional və beynəlxalq sülhü, təhlükəsizliyi ciddi şəkildə təhdid edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BMT  


Bizi "telegram"da izləyin