İran reaksiya verməyə hazırdır - Müdafiə Nazirliyi

2025/06/684ba-1749796338.jpg
Oxunub: 390     10:16     13 İyun 2025    
İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi İsrailin hücumuna reaksiya verməyə hazırdır.

Ordu.az-ın məlumatına görə, bu, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanata görə, İsrailin hücumu çoxlu sayda hərbçi, alim və sivillərin ölümü ilə nəticələnib. Buna əsasən, İran Müdafiə Nazirliyi Ali Baş Komandanın fərmanı ilə hücuma hazırdır.

Qeyd edək ki, İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqeri və SEPAH baş komandanı Hüseyn Salami ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin