Yaponiya İsrailin İrana zərbəsini pisləyib

2025/06/1749795660.jpg
Oxunub: 322     09:48     13 İyun 2025    
Yaponiya hökuməti Tehranın nüvə proqramı məsələsinin diplomatik həlli üçün səylər göstərildiyi bir vaxtda İsrailin İrana zərbəsini pisləyir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Takesi İvaya bildirib.

"İran nüvə probleminin sülh yolu ilə həlli üçün diplomatik səylər, ilk növbədə ABŞ və İran arasında danışıqlar davam etdiyi bir vaxtda hərbi vasitələrdən istifadə edilməsi son dərəcə təəssüf doğurur", - o, mətbuat konfransında deyib.

T.İvaya əlavə edib ki, Yaponiya gərginliyin artmasına səbəb olan addımları pisləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   İsrail   İran  


Bizi "telegram"da izləyin