İsrailin İrana hücumunda ölən yüksək səviyyəli rəsmilərin adları açıqlanıb

2025/06/684ba-1749794238.jpg
Oxunub: 517     09:48     13 İyun 2025    
İsrailin İrana hərbi hava hücumu nəticəsində indiyədək 5 hərbi və yüksək vəzifəli şəxsin öldüyü bəlli olub.

Bu barədə Ordu.az İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhməmməd Hüseyn Baqeri, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid ölən yüksək rütbəli hərbi zabitlərdir.

Həmçinin, İran parlamentinin deputatı və Atom Enerjisi Təşkilatının sabiq sədri Firudin Abbası, fizika alimi və Azad İslam Universitetinin rektoru Məhəmməd Mehdi Tehrançi ölən yüksək səvviyyəli şəxslərdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin