Xameninin müşavirinin vəziyyəti ağırdır - YENİLƏNİB

2025/06/1749792402.jpg
Oxunub: 726     11:36     13 İyun 2025    
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri admiral Əli Şəmxanin vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Ordu.az İran KİV-ə istinadən məlumat verir.

Məlumata görə, İsrailin İrana hava zərbələrində Əli Şəmxaninin də evi vurulub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin onun sağ qalmasına ümidi olduqca azdır.

Qeyd edək ki, İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Məhəmməd Baqeri və SEPAH baş komandanı Hüseyn Salami ölüb.

***

İsrailin İrana hücumlarında ağır yaralanan İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ölüb.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times“ məlumat yayıb.

***

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani İsrailin İrana hücumlarında yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Son məlumatlara görə, bu səhər iqamətgahına hücum zamanı ağır yaralanan Şamxani Tehranda xəstəxanaya yerləşdiririlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin