İsrail hava məkanını bağlayıb

2024/09/1726808496.jpg
Oxunub: 296     04:56     13 İyun 2025    
İsrail hakimiyyəti İrana qarşı hərbi əməliyyata başladığını elan etdikdən sonra növbəti xəbərdarlığa qədər hava məkanını bağlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Vurğulanıb ki, qərar regionda hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi üçün qəbul edilib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin