Hindistanda “Boeing” təyyarəsinin qəzaya uğradığı yerdə 204 nəfərin meyiti tapılıb - YENİLƏNİB

2025/06/Ekran-1749727316.jpg
Oxunub: 2187     17:23     12 İyun 2025    
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğradığı ərazidə 204 nəfərin meyiti tapılıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Hindistanın "Hindu" qəzeti Əhmədabad polis komissarı Qyanendru Sinqh Malikə istinadən yazıb.

***

Hindistanda qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “Ntws 18” telekanalı məlumat yayıb.

Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri var.

Təyyarənin göyərtəsində 169 hindistanlı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və bir kanadalı sərnişin olub.

İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.

***

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 170 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

***

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.

***

Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

***

Hindistanda təyyarə qəzası nəticəsində 30 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Bildirilib ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya xidmətinin rəhbəri ilə hadisənin təfərrüatlarını müzakirə edib.

Təyyarənin havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığı bildirilir.

Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və bort bələdçiləri də daxil olmaqla 242 nəfər olub.

***

Hindistanda sərnişin təyyarəsi qəzzaya uğrayıb.

Ordu.az xəbər verir ki, təyyarənin göyərtəsində 242 sərnişinin olduğu bildirilir.

Hadisə Əhmədabadda baş verib.

Təyyarə London reysi üzrə hərəkətdə olub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin