Ordu.az xəbər verir ki, bu barədə “The Globee and Mail” məlumat yayıb.
Federal Auditorlar Məhkəməsinin dərc etdiyi hesabata görə, Ottavanın 2022-ci ildə açıqladığı 19 milyard dollarlıq qiymət proqnozu indi təxminən 50% artımla 27,7 milyard dollara yüksəlib.
Baş auditor Karen Hoqan bu əhəmiyyətli artımın əsas səbəbləri kimi inflyasiya, valyuta dalğalanmaları, silah-sursata artan tələbat və infrastruktur layihəsinin gecikmələrini sadalayıb.
Kold-Leyk (Alberta) və Baqotvill (Kvebek) bölgələrində planlaşdırılan iki F-35 bazasının tikintisi qrafikdən ən azı üç il geri qalır. Bundan əlavə, təlim keçmiş pilotların çatışmazlığı riski də Kanada Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətini təhdid edir.
“Pilot çatışmazlığı və infrastruktur çatışmazlıqları aradan qaldırılmasa, biz bu təyyarələri qəbul edərkən, nəinki daha çox gecikmə, həm də daha yüksək xərclərlə üzləşəcəyik”, - deyə Hoqan bildirib.
Sevinc Əliyeva
Ordu.az