KİV: ABŞ İsrailin İrana qarşı hərbi əməliyyata hazır olması barədə məlumat alıb

2025/06/1749705443.jpg
Oxunub: 555     05:42     12 İyun 2025    
ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın CBS telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmilərinə İsrailin İrana qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib.

“ABŞ İranın qonşu İraqdakı bəzi ABŞ hərbi obyektlərinə cavab zərbələri endirəcəyini gözləyir”, - telekanalın məlumatında qeyd edilir.

Məlumata görə, Dövlət Departamentinin ABŞ səfirliyinin bəzi əməkdaşlarına İraqı tərk etmələri barədə göstəriş verməsinin səbəblərindən biri də budur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin