ABŞ: İran nüvə silahı yaratmaq üzərində fəal işləyir

2025/06/1749705282.jpg
Oxunub: 391     03:45     12 İyun 2025    
ABŞ-nin Müdafiə Nazirliyi İranın nüvə silahı yaratmaq üçün aktiv addımlar atdığını iddia edib.

Ordu.az-ın xəbərinə görə, bunu Arkanzas ştatından respublikaçı senator Tom Kotton “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Pit Heqset təsdiq edib ki, İran nüvə silahı yaratmaq üzərində fəal işləyir. Milli təhlükəsizliyimiz, müttəfiqlərimizin və regiondakı milyonlarla mülki insanın təhlükəsizliyi naminə buna yol vermək olmaz", - paylaşımda qeyd olunur.

İyunun 9-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bəyan edib ki, əvvəlki illərdə antropogen uran hissəciklərinin aşkar edildiyi üç obyekt, eləcə də bəzi digər obyektlər İranın 2000-ci illərin əvvəllərində başa çatdırdığı bəyan edilməmiş nüvə proqramının bir hissəsi olub. Qrossinin sözlərinə görə, bu proqramda bəyan edilməmiş nüvə materiallarından istifadə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Nüvə  


Bizi "telegram"da izləyin