İsrail ordusu Livanda "Hizbullah"a qarşı əməliyyat keçirib

2025/06/1749705012.jpg
Oxunub: 352     02:15     12 İyun 2025    
İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının “Radvan” xüsusi təyinatlılarından ibarət dəstəyə hücum edib.

Ordu.az xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Silahlı qarşıdurma zamanı qruplaşma üzvlərindən birinin zərərsizləşdirildiyi bildirilir.

“İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Beyt Lif bölgəsində “Hizbullah” hərəkatının “Radvan” qüvvələrinə məxsus bir terrorçunu vuraraq öldürüb”, - məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah   Livan  


Bizi "telegram"da izləyin