Danimarkanın baş naziri: Avropanın yenidən silahlanması üçün vaxtı tükənir

2025/06/1749704604.jpg
Oxunub: 355     00:19     12 İyun 2025    
“Avropanın 2030-cu ilə qədər yenidən silahlanması lazımdır, onun vaxtı daralır.”

Ordu.az xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen deyib.

"Biz Avropanın 2030-cu ildən gec olmayaraq yenidən silahlanması ilə bağlı ümumi hədəfi həyata keçiririk. Bunu Ağ Kitabda açıq-aydın qeyd edirik. Açığı, vaxtımız tükənir", - o deyib.

O həmçinin xatırladıb ki, Danimarka 2025-ci il iyulun 1-dən Aİ Şurasına sədrlik edəcək. Bu zaman yenidən silahlanma məsələsi ölkə üçün prioritet olacaq.

"Bunun üçün biz Avropada hərbi sənayeni bərpa etməliyik. Almaniya burada əsas rol oynayacaq ki, biz indikindən daha çox və daha sürətli istehsal edə bilək", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Avropa   Silah  


Bizi "telegram"da izləyin