Ordu.az-ın məlumatına görə, etirazlar yerli vaxtla 10 iyun axşamından 11 iyuna keçən gecə Foley meydanı ətrafında keçirilib.
Nyu-York polisi aksiyada təxminən 2 min 500 nəfərin iştirak etdiyini bildirib. Etirazçılar ABŞ-ın İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinə qarşı şüarlar səsləndiriblər.
Ümumilikdə 86 nəfər saxlanılıb. Onlardan 52-si xırda qanun pozuntularına görə sərbəst buraxılıb. Polisə müqavimət göstərmək və digər cinayət əməllərində ittiham olunan 34 nəfər isə məsuliyyətə cəlb edilib.
Ordu.az