Zelenski: "Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir"

2025/06/1749393203.jpg
Oxunub: 510     22:10     11 İyun 2025    
Rusiya Ukraynadan Odessanı almaqla, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır.

Ordu.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna - Cənub-Şərqi Avropa” sammiti zamanı deyib.

Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir.

"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Onun hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - Zelenski əlavə edib.

Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən kəsmək üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Rusiya   Odessa  


Bizi "telegram"da izləyin