ABŞ müdafiə naziri “E-7 Wedgetail” alınmasına qarşı çıxıb

2025/06/1749631082.jpg
Oxunub: 474     18:37     12 İyun 2025    
ABŞ-nin müdafiə naziri Pit Heqset Hərbi Hava Qüvvələrinin (HHQ) “Boeing” istehsalı olan “E-7 Wedgetail” təyyarələri almaq planına şübhə ilə yanaşaraq, kəşfiyyat, müşahidə və aşkarlama (ISR) imkanlarının gələcəyinin kosmos sistemlərində olduğunu vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barəddə “Defense News” məlumat yayıb.

Heqsetin yanaşması HHQ rəsmiləri ilə E-7-ni köhnəlmiş “E-3 Sentry AWACS” parkının əsas əvəzedicisi kimi görən bəzi Konqres üzvləri və Pentaqonun yüksək rəhbərliyi arasında mümkün strateji bölünməyə işarə edir.

Heqset Nümayəndələr Palatasının Müdafiə Alt Komitəsinin iclasında deyib: “E-7 çətin bir qərarın nümunəsidir. Mövcud platformaları daha güclü şəkildə modernləşdirməyə davam edəcəyik. Bununla belə, biz inanırıq ki, ISR-nin böyük hissəsi gələcəkdə kosmosa əsaslanacaq”.

Çinin hərbi modernləşdirməsinin və Ukraynadakı müharibənin dərslərinin bu düşüncə dəyişikliyində təsirli olduğunu deyən Heqset qeyd edib: “Müasir müharibədə ayaqda qala bilməyən sistemlərə investisiya qoya bilmərik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MN   E-7-Wedgetail  


Bizi "telegram"da izləyin